Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti
07 iyul 2024 16:00 (UTC +04:00)

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

Ərdoğan Əsəddən danışdı

0

Elə bir mərhələyə gəldik ki, Suriya Prezidenti Bəşər Əsəd Türkiyə ilə əlaqələri düzəltmək üçün bir addım atdığı anda biz də ona qarşı elə münasibət göstərəcəyik.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə dünən Suriya ilə düşmən olmayıb: “Biz Əsəd ailəsi ilə görüşürdük. Biz dəvət göndərəcəyik. İnşaallah, bu dəvətlə birlikdə Türkiyə-Suriya əlaqələrinin keçmişdəki səviyyəyə çatdırmaq istəyirik. Dəvətimiz hər an ola bilər. Rusiya Prezidenti Vladimir Putin bu görüşün Türkiyədə keçirilə biləcəyini düşünür. Biz hər yerdə vasitəçilikdən danışırıq, qonşumuzla niyə olmasın?!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3403

Oxşar yazılar