Çin milyarderlərin sayına görə reytinqdə liderliyi ələ aldı
06 mart 2026 07:34 (UTC +04:00)

Çin milyarderlərin sayına görə reytinqdə liderliyi ələ aldı

0

Dünyada milyarderlərin sayı rekord səviyyəyə çatıb.

Lent.az xəbər verir ki, dünyanın ən varlı insanlarının adlarının qeyd olunduğu “Hurun Global Rich List” reytinqinə görə, fond bazarının artımı və süni intellektin inkişafı milyarderlərin sayının rekord həddə çatmasına səbəb olub. Çində digər ölkələrlə müqayisədə daha çox milyarder yaşayır.

Hesabata görə, Çin milyarderlərin sayına görə ABŞ-ni geridə qoyub və dünyada liderliyini bərpa edib. “South China Morning Post” qəzetinin yazdığına görə, əvvəlki hesabatın dərc edilməsindən bəri Çində milyarderlərin sayı 287 nəfər artaraq son üç ildə yaranmış itkiləri tam kompensasiya edib.

Süni intellekt Çində iki yeni milyarderin meydana çıxmasına səbəb olub: “MiniMax” şirkətindən Yan Tsyuntsze 3,6 milyard dollar, “Knowledge Atlas Technology JSC” (daha çox Zhipu adı ilə tanınır) şirkətindən Lyu Debin isə 1,2 milyard dollar sərvətə malikdir.

792 milyard dollar sərvəti ilə İlon Mask, 300 milyard dollarla “Amazon” şirkətinin qurucusu Ceff Bezos və 281 milyard dollar sərvəti olan “Alphabet” şirkətinin həmtəsisçisi Larri Peyc siyahıda ilk üç yeri tutublar. Mask sərvəti 700 milyard dolları keçən ilk insan olub.

ABŞ 1000 milyarder ilə (ötən illə müqayisədə 130 nəfər çox) ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə 308 milyarderə malik Hindistan qərarlaşıb ki, bu da ötən illə müqayisədə 24 nəfər çoxdur. Almaniya 171 milyarder ilə Böyük Britaniyanı qabaqlayaraq dördüncü yerə yüksəlib.

Qlobal miqyasda 114 milyarder süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərlə bağlıdır. Onlardan 46-sı bu kateqoriyaya ilk dəfə daxil olub və nəticədə süni intellekt yeni milyarderlərin yaranmasının ən böyük mənbəyinə çevrilib.

Şəhərlərin reytinqində Nyu-York 146 milyarder ilə yenə də milyarderlərin dünya paytaxtı olaraq qalır. Şençjen milyarderlərin sayını 47 nəfər artıraraq 132-yə çatdırıb və ikinci yerə yüksəlib. Ondan sonra Şanxay, Pekin və London gəlir.

Milyarderlərin orta yaşı 65 təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar