Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Biləcəri-Binəqədi yolunda qeydə alınıb.
Əliyev Etibar Akif oğlu idarə etdiyi avtomobillə yolun sağ hissəsində dayanan “Man” markalı yük avtomobilinə arxadan çırpılıb. Nəticədə Etibar Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.