Bakıda ərini öldürüb həyətdə basdıran, üstünə gül əkən qadın HAKİM QARŞISINDA - VİDEO
05 mart 2026 18:46 (UTC +04:00)

Bakıda ərini öldürüb həyətdə basdıran, üstünə gül əkən qadın HAKİM QARŞISINDA - VİDEO

0

Bakıda ərini öldürüb, yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib.
 
Çıxış edən vəkil müdafiə etdiyi şəxsin himayəsində 3 övladı olmasını və digər halların nəzərə alınmasını, bu səbəbdən prosesin qapalı keçirilməsi barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.
 
Qeyd edək ki, məlum hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar