Moskva   və Qars   müqavilələri: Naxçıvana  hücum olsa, Türkiyə   müdaxilə edə bilər?
05 mart 2026 17:07 (UTC +04:00)

Moskva Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər?

0

Xəbər verdiyimiz kimi, İran Naxçıvan aeroportuna dronla zərbələr endirib. Bu hücum daha bir məsələni gündəmə gətirir ki, bu da Moskva və Qars müqavilələridir.

1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələri Azərbaycanın dövlətçilik tarixində, xüsusilə Naxçıvanın statusunun müəyyən edilməsində həlledici siyasi-hüquqi sənədlərdir. Bu müqavilələr Cənubi Qafqazın ərazi bölünməsini və yeni sərhədlərini beynəlxalq səviyyədə təsbit edib.
Bu sənədlər hər hansı üçüncü tərəfin Naxçıvan ərazisinə müdaxiləsini qəti şəkildə qadağan edir və bölgənin təhlükəsizliyini beynəlxalq öhdəlik səviyyəsinə qaldırır.

Mövzu ilə bağlı Lent.az-a danışan tarixçi Firdovsiyyə Əhmədova bildirib ki, istər Moskva, istər Qars müqaviləsinə görə, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar status almışdı:

“Bu müqavilələr Türkiyə Böyük Millət Məclisi tərəfindən imzalanıb və Türkiyə faktiki olaraq bu müqavilənin qarantı olan tərəfdir. Üçüncü tərəfə güzəştə getməmək şərtilə Naxçıvan Azərbaycanın himayəsi altında muxtar status alıb.

Azərbaycanlı nazir Şaumyan və qadın köməkçisini gizlətmişdi - Firdovsiyyə  Əhmədova

Ona görə də, hansısa bir təhlükə olacaqsa, təbii ki, onu imzalayan dövlətlər də məsuliyyət daşıyırdı. 2021-ci ildə imzalanan "Şuşa Bəyannaməsi"də  də Qars müqaviləsi öz qüvvəsini saxlayıb. O müqaviləyə görə, Naxçıvanın təhlükəsizliyi həmin müqaviləni qüvvədə saxlayan dövlətlər tərəfindən təmin edilməlidir”.

Tarixçi-politoloq Zaur Əliyev Lent.az-a bildirib ki, Naxçıvanın təhlükəsizliyi "Qars" və "Moskva" müqavilələri ilə qorunur:

“Heç bir region dövlətinin Naxçıvan ərazisində hansısa hərbi əməliyyat keçirmək hüququ yoxdur. "Moskva" müqaviləsi ilə "Qars" bunu qəti qadağan edir. Belə bir hadisənin olacağı təqdirdə Türkiyə Naxçıvanın himayədarı kimi dərhal reaksiya verməlidir. Çünki o müqavilələr əsasında Türkiyə Naxçıvanın mühafizəsini öz boynuna götürüb. Lakin biz burada beynəlxalq hüquqdan əlavə, İranın yeni hakimiyyətinin Azərbaycana münasibətini də düşünməliyik. Çünki Azərbaycana münasibət İbrahim Rəisi dövründə də bəlli idi, Pezeşkian dövründə də bəllidir. İranın Azərbaycan ərazisinə hücüm etməməklə bağlı öhdəliyi var idi. Hətta Ümummilli lider Heydər Əliyevin İrana səfəri zamanı Xomeyninin özü Azərbaycana hücum etməməklə bağlı öhdəlik götürmüşdü. Lakin İranda yeni hakimiyyətə gəlməyə hazırlaşan Müctəba Xamenei birbaşa Azərbaycan düşmənidir. Onun Azərbaycana münasibəti 44 günlük Vətən Müharibəsindən sonra özünü açıq göstərməyə başladı. O, "Kərimə dövləti", "Hüseyniyyə təşkilatı" və digər terrorçu təşkilatları, şəxsləri maliyyələşdirən şəxsdir. O, Zəngəzur dəhlizinin bir nömrəli düşmənidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1132

Oxşar yazılar