İranın Azərbaycandakı səfirliyi Naxçıvana olan dron hücumu ilə bağlı gülünc doğuran bəyanat yayıb.
Lent.az xəbər verir ki, səfirliyin yaydığı bəyanatda hadisə barədə Azərbaycanın müvafiq dövlət qurumlarını məlumatlandırdıqları və hazırda məsələnin detallarının araşdırıldığı qeyd olunur.
Bununla yanaşı səfirlik bəyan edir ki, İran ərazisindən Naxçıvana hücum edilməsi barədə iddialar tamamilə əsassızdır.
Bəyanatda qeyd olunur ki, son günlərdə ABŞ və İsrailin hərbi bazalarına qarşı müəyyən tədbirlər keçirilib: "Bu addımlar heç bir halda dost və qonşu ölkələrə qarşı yönəlməyib, hədəf yalnız təcavüzkar tərəflərin hərbi bazaları olmuşdur".
Bəyanatdan açıq-aşkar görünür ki, İran hər zaman olduğu kimi bu dəfə də riyakarcasına hadisəni manipulyasiya etməklə məşğuldur.
Səfirlik bəyanatın birinci hissəsində qeyd edir ki, hadisə araşdırılır . Sonra isə bildirir ki, bu iddialar əsassızdır.
Ağayi Müctəba, araşdırılan bir məsələyə necə anında "əsassızdır" deyə bilirsiz?
Bundan başqa, səfirlik bəyan edir ki, "Bu addımlar heç bir halda dost və qonşu ölkələrə qarşı yönəlməyib, hədəf yalnız təcavüzkar tərəflərin hərbi bazaları olmuşdur".
Ağayi Müctəba, indi siz guya iddia edirsiniz ki, Naxçıvanda ABŞ-ın hərbi bazası var? Bu hansı ağılın məhsuludur?
Birmənalı olaraq deyə bilərik ki, İran səfirliyi riyakarcasına hadisəni manipulyasiya edir.
Azərbaycan lideri İlham Əliyevin qeyd etdiyi kimi, "Bu terror aktı böyük nankorluq nümunəsidir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar".