Qəza zamanı küçəyə axan suların pulunu kim ödəyir? - AÇIQLAMA
19 fevral 2026 12:09 (UTC +04:00)

Qəza zamanı küçəyə axan suların pulunu kim ödəyir? - AÇIQLAMA

0

Küçələrdə, yollarda tez-tez su borularının partladığını, bu səbəbdən də xeyli miqdarda suyun israf olunduğunu görürük.

Bəs görəsən, həmin axan suların ödənişi kim tərəfindən qarşılanır?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, su təchizatı üzrə ödənişlər yalnız abonentin fərdi su sayğacından keçən və faktiki istehlak edilən su həcminə əsasən hesablanır.

"Magistral və ya paylayıcı su xətlərində baş verən qəzalar zamanı küçəyə axan su heç bir abonentin sayğacından keçmədiyi üçün həmin həcm üzrə vətəndaşlara yaxud hər hansı quruma ödəniş hesablanmır. Belə hallarda xətdə yaranmış itkilər istismarçı qurum tərəfindən qeydə alınır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar