Qohumunun evindən  10 minlik oğurluq edib əyləncəyə   xərclədi - VİDEO
19 fevral 2026 12:40 (UTC +04:00)

Qohumunun evindən 10 minlik oğurluq edib əyləncəyə xərclədi - VİDEO

0

Bakının Xətai rayonunda yerləşın evlərin birindən oğurluq edilib.

Lent.az-ın məlumatına görə, zərərçəkən polisə müraciətində naməlum şəxsin yaşadığı evdən 9000 manat nağd pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarının talandığını bildirib. Xətai Rayon Polis İdarəsi 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.İmanov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənin qohumu olduğu və oğurladığı pulları şəxsi əyləncəsi məqsədilə xərclədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar