Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı işdən çıxarılıb.
Lent.az "Oxu.az"a istinadən xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib.
Bu barədə icra başçısı Rövşən Bağırov əmr imzalayıb.
Əmrə əsasən, icra hakimiyyətinin 14 əməkdaşı tutduqları vəzifələrdən azad ediliblər.