Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.
Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.
Günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.