ABŞ bu həftə sonu İrana zərbə endirməyi  planlaşdırır
19 fevral 2026 04:50 (UTC +04:00)

ABŞ bu həftə sonu İrana zərbə endirməyi planlaşdırır

0

ABŞ administrasiyası bu həftə sonu İrana zərbə endirməyi planlaşdırır, lakin hələlik yekun qərar verilməyib.

Lent.az xəbər verir ki, bu barədə çərşənbə günü mənbələrə istinadən “CBS News” məlumat verib.

Məlumata görə, milli təhlükəsizlik rəsmiləri ABŞ prezidenti Donald Trampa ordunun şənbə günü İrana mümkün zərbələrə hazır olduğunu bildiriblər.

“CBS News” hələlik yekun qərarın verilmədiyini və Ağ Evin potensial hücuma qarşı eskalasiya risklərini, eləcə də təxirə salmağın siyasi və hərbi nəticələrini qiymətləndirdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar