Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.