Abşeronda yaşlı kişi arvadını döyüb.
Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində baş verib.
İttiham aktına görə, 72 yaşlı Süleyman Abbasov (soyad şərtidir) gecə saatlarında oğlu üçün evə pişik gətirib. Lakin onun 60 yaşlı həyat yoldaşı pişiyin evə gətirilməsinə etiraz edərək heyvanı mənzildə saxlaya bilməyəcəyini deyib. Qadın pişiyin evdən çıxarılmasını tələb edib. Bu mövzuda ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Süleyman Abbasov yumruqla arvadının başına zərbə vurub. İkinci zərbəni vurmaq istəyəndə qadın müqavimət göstərib və zərbədən yayınıb.
Hadisə ilə bağlı S. Abbasov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və arvadı ilə barışdığını bildirərək, cinayət işinə xitam verilməsini istəyib. Zərərçəkən də həmçinin ərinə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və S. Abbasov sərbəst buraxılıb.