Binəqədidə 10 gündür su basmış küçədəki boru təmir edilib.
Bu barədə Lent.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən xəbər verilib.
Bildirilib ki, axıntı aradan qaldırılıb, xətt təmir edilib.
***
15:04
Bakının Binəqədi rayonunun Binəqədi kəndində, Gülüstan küçəsi 15 ərazisində günlərdir içməli su borusu partlayıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, xəttin bərpası ilə bağlı təmir işi görüləcək:
"Ərazidə su axıntısı ilə bağlı məlumat Binəqədi rayon Sukanal İdarəsinə verilib. Ünvana briqada cəlb ediləcək, axıntının yeri müəyyənləşdirildikdən sonra xəttin təmiri və bərpası istiqamətində işlər görüləcək".
***
15:01
Bakının Binəqədi rayonunun Binəqədi kəndində, Gülüstan küçəsi 15 ərazisində günlərdir içməli su borusu partlayıb.
Lent.az-a müraciət edən sakinlər bildirir ki, 10 gündən çoxdur içməli su borusu partlayaraq, küçəyə axır.
Bu səbəbdən də yollar palçıq olub, gediş-gəliş çətinləşib. Onlar müvafiq quruma dəfələrlə müraciət etsələr də, hələ ki, məsələyə baxılmayıb.
Məsələ ilə bağlı Lent.az-ın sorğusuna İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, hazırda araşdırma aparılır, nəticə ilə bağlı əlavə məlumat veriləcək.