Altı oğlan anası olan bir qadın, uşaqlarının beşiyini yandırıb, onu unutduqlarına görə kədərlənib və tənhalığını bildirib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, onun paylaşımı sosial mediada emosional reaksiyalara səbəb olub.
“Çox yuxusuz gecə keçirdim, amma...”
Görüntülərdə illərlə uşaqlarını böyütdüyü beşiyi yandıran qadın ürək ağrısını "Bu beşiyimin yanında çox gözlədim, çox yuxusuz gecələr keçirdim, amma uşaqlarım məni tərk etdi. Zəng etməyi və mənim haqqımda soruşmağı dayandırdılar. Unutdular..." sözləri ilə ifadə edib.
Bu paylaşım qısa müddətdə sosial mediada trend mövzusuna çevrilib və bir çox istifadəçi anaya dəstək mesajları göndərib. Şəkillər həmçinin ana-uşaq münasibətləri ilə bağlı ictimai həssaslıq və sədaqət mövzusunda müzakirələri yenidən ön plana çıxarıb.