TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov işdən çıxarıldı  - YENİLƏNİB
16 fevral 2026 15:00 (UTC +04:00)

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov işdən çıxarıldı - YENİLƏNİB

0

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

***

saat 13:55

TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.

Lent.az Bakupost.az-a istinadla xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası direktorun müavini Anar İsrafilova həvalə olunub.

Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1622

Oxşar yazılar