"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovla bağlı YENİ QƏRAR
16 fevral 2026 13:13 (UTC +04:00)

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovla bağlı YENİ QƏRAR

0

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.

Lent.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il 9 fevralda həbs müddəti daha 3 ay uzadılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar