Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - VİDEO
30 aprel 2026 16:54 (UTC +04:00)

Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - VİDEO

0

Sosial şəbəkələrdə yayılan görüntülər növbəti dəfə yol hərəkəti qaydalarının kobud şəkildə pozulduğunu ortaya qoyub.

Lent.az avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində, Gənclər şəhərciyi yaxınlığında baş verib. Kadrlarda toy karvanında iştirak edən avtomobillərdən birinin, “Chevrolet” markalı maşının sürücüsünün qeyri-adi və təhlükəli manevr etdiyi görünür. Sürücü eyni davranışı Binəqədi rayonu ərazisində də təkrarlayıb.

Belə ki, sürücü hərəkətdə olan yolda avtomobili tərsinə sürərək həm özünü, həm də digər hərəkət iştirakçılarını ciddi risk altına atıb. Bu davranış yol hərəkəti qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirilir.

Paylaşılan görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər tərəfindən kəskin tənqid olunub. Bir çoxları bu cür məsuliyyətsiz hərəkətlərin ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Mütəxəssislər bildirirlər ki, bu tip “şou xarakterli” hərəkətlər, xüsusilə toy karvanlarında tez-tez rast gəlinir və əksər hallarda qəza riskini artırır. Onlar sürücüləri emosiyalara qapılmadan, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırlar.

Bakı Şəhər DYP İdarəsindən Lent.az-a bildirilib ki, toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını real təhlükə yaradan sürücü ilə bağlı hazırda araşdırma aparılır. Sürücü barəsində qanunamüvafiq məsuliyyət tədbirləri görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar