Saxta kral  deportasiya olundu, indi də bu ölkəni ələ keçirmək  istəyir
30 aprel 2026 13:52 (UTC +04:00)

Saxta kral deportasiya olundu, indi də bu ölkəni ələ keçirmək istəyir

0

Özünü uydurma bir krallığın hökmdarı adlandıran kişi Şotlandiyadan deportasiya edildikdən sonra Qananı ələ keçirmək niyyətində olduğunu bəyan edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, yarım il ərzində Jedburq şəhəri yaxınlığındakı meşədə həyat yoldaşı Jin Qaşo və amerikalı Kaura Teylorla birlikdə yaşayıb. 

Onlar burada düşərgə quraraq ərazini “Kubala krallığı” elan edib və digər insanları da onlara qoşulmağa çağırıblar.

Onlar bir neçə dəfə yaşadıqları yerdən çıxarılıblar. 2025-ci ilin oktyabrında kişi vizasının müddəti bitdiyi üçün saxlanılıb. Yarım il sonra isə deportasiya olunub. Qaşo və Teylor isə hələ də saxlanılır. Onlar uşağa qarşı laqeyd münasibət (uşaq baxımsızlığı) işi üzrə yoxlanılır.

Aprelin 22-də kişi Qanaya gəlib. Qayıtdıqdan sonra o, ölkəni ələ keçirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, polis ona tabe olacaq, dövlət rəsmiləri isə onun qərarlarını icra edəcəklər. O, həmçinin tərəfdarlarının və onunla birlikdə olan şəxslərin də Qanaya gələcəyini gözlədiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar