Məşhur müğənni 14 yaşlı sevgilisini öldürüb, meyitini mişarla doğradı
30 aprel 2026 13:10 (UTC +04:00)

Məşhur müğənni 14 yaşlı sevgilisini öldürüb, meyitini mişarla doğradı

0

ABŞ-da prokurorluq David Antoni Burk adlı müğənninin yeniyetmə qızı öldürdüyü iddiası ilə bağlı ətraflı təsviri açıqlayıb. Gənc Selesta Rivas Ernandesə qarşı qətl və cinsi zorakılıq ittihamları ilə üzləşən sənətçinin yeni məhkəmə sənədi də ictimaiyyətə təqdim olunub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, yeni məhkəmə sənədində prokurorlar bildirir ki, David Antoni Burk 14 yaşlı Selesta Rivas Ernandes üzərində törədildiyi iddia olunan cinsi zorakılıq faktının üzə çıxmasının qarşısını almaq üçün onu bıçaqla öldürüb.

Prokurorluğun açıqlamasına görə, o, Selesta ilə qız 11 yaşında olarkən tanış olub və qızın 13 yaşı, özünün isə 18 yaşı olduğu vaxt onunla cinsi münasibətlərə girib. İddia olunur ki, qız onun musiqi karyerasını təhlükə altına qoymaqla hədələdikdən sonra Burk onu susdurmaq qərarına gəlib. Sənəddə qeyd olunur ki, qız onun evinə gəldikdən qısa müddət sonra o, zərərçəkənə bir neçə dəfə bıçaq zərbəsi endirib və qanaxmadan ölənədək onun yanında dayanıb.

İstintaqın versiyasına görə, Burk onu öldürdükdən sonra cəsədi parçalamaq üçün iki ədəd benzinlə işləyən mişar alıb. Məhkəmə sənədinə əsasən, qızın DNT-si onun qarajında aşkarlanıb.

Selestanın çürümüş qalıqları 2025-ci ilin sentyabrında musiqiçinin adına qeydiyyatda olan Tesla avtomobilinin baqajında, Hollivud Hills ərazisində tərk edilmiş vəziyyətdə tapılıb. Prokurorluğun məlumatına görə, həmin avtomobili son idarə edən şəxs Burk olub.

Los Angeles tibbi ekspertizası müəyyən edib ki, Selesta deşici yaralardan dünyasını dəyişib və onun bədənində ciddi zədələr olub. Polis qeyd edir ki, qalıqların vəziyyəti səbəbindən ölümün dəqiq səbəbini müəyyən etmək çətin olub. Qızın iki barmağı kəsilib və ittiham tərəfi iddia edir ki, həmin barmaqlarda Burkun adı tatu şəklində yazılıb.

İttiham tərəfinin sözlərinə görə, David Antoni Burkda Selestaya aid və azyaşlıya qarşı cinsi zorakılıq hallarını əks etdirən fotoşəkillər də olub.

Selesta Rivas Ernandesin qalıqları onun 15 yaşı tamam olan günün ertəsi tapılıb. Ailəsi 2024-cü ildə, Lake Elsinore şəhərindən itkin düşdüyünü bildirib. Bu şəhər Los Angeles-dən təxminən 110 km məsafədə yerləşir. Polisin məlumatına görə, yeddinci sinif şagirdi fevral ayında evdən qaçsa da, sonra geri qayıdıb, lakin yenidən evi tərk edib.

“The Guardian” yazır ki, cümə gününə təyin olunan məhkəmə iclası müdafiə tərəfinə sübutlarla tanış olmaq üçün vaxt vermək məqsədilə may ayının sonuna qədər təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar