Bakıda 17 yaşlı qızın bədənindən 21 şiş  çıxarıldı - FOTO
30 aprel 2026 10:12 (UTC +04:00)

Bakıda 17 yaşlı qızın bədənindən 21 şiş çıxarıldı - FOTO

0

Martın 31-də 17 yaşlı qız Kliniki Tibbi Mərkəzə qarın ağrısı, baş ağrısı və ümumi halsızlıq şikayətləri ilə müraciət edib.

KTM-dən Lent.az-a bildirilib ki, aparılan radioloji müayinələr nəticəsində yeniyetmənin qaraciyərində 14, dalağında 3 ədəd (ölçüləri 5–6 sm-dən böyük), eyni zamanda ağciyərlərində 4 ədəd (ölçüləri 4 sm-dən kiçik) exinokokk kistaları aşkar edilib. Ümumilikdə 21 ədəd kista müəyyən olunub və pasiyentə qaraciyər, dalaq və ağciyərlərin çoxsaylı exinokokk kistaları diaqnozu təyin edilib.

Mövcud vəziyyət nəzərə alınaraq əməliyyata hazırlıq mərhələsində pasiyentə əvvəlcə qurdəleyhinə (antiparazitar) dərman müalicəsi təyin olunub və uyğun protokola əsasən preparativ müalicə kursu aparılıb.

Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinin müdiri, uşaq cərrahı İlqar Haqverdiyev, uzman uşaq cərrahı Aynur Qurbanova və uşaq cərrahı Günay Əmrahlının iştirakı ilə pasiyentə qaraciyərdəki exinokokk kistalarının çıxarılması və splenektomiya (dalağın tam götürülməsi) əməliyyatı uğurla icra olunub.

Əməliyyatdan sonrakı müalicə prosedurları nəticəsində xəstənin vəziyyəti stabilləşib və qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, xəstəliyin bu forması və ölçü göstəriciləri nadir rast gəlinən hallardan hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar