"Bavariya"nın ulduzu "Liverpul"un əfsanəsinin tarixi rekordunu  keçdi
29 aprel 2026 18:19 (UTC +04:00)

"Bavariya"nın ulduzu "Liverpul"un əfsanəsinin tarixi rekordunu keçdi

0

"Bavariya"nın hücumçusu Harri Keyn ardıcıl altı Çempionlar Liqası oyununda qol vuraraq Stiven Cerrardın rekordunu qırıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İngiltərə oyunçuları arasında yalnız "Liverpul"un əfsanəsi Stiven Cerrard Çempionlar Liqasında bu qədər qol seriyası ilə öyünüb.

Mersisaydlıların keçmiş hücumçusu 2008-ci ildə ardıcıl beş oyunda qol vurub ki, bu da "üç şir" oyunçuları arasında rekord sayılırdı, lakin indi bu nailiyyətin yeni sahibi Harri Keyndir.

Xatırladaq ki, "Bavariya”nın hücumçusu Çempionlar Liqasının yarımfinalında PSJ-yə qarşı penaltini dəqiq zərbə ilə qola çevirib. 

Bu, ingilis futbolçu üçün altıncı olub və son altı Çempionlar Liqası oyununda 8 qol vurub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar