Gürcüstanda azərbaycanlı uşağın ölümünə səbəb olan sürücü saxlanıldı - YENİLƏNİB
29 aprel 2026 12:11 (UTC +04:00)

Gürcüstanda azərbaycanlı uşağın ölümünə səbəb olan sürücü saxlanıldı - YENİLƏNİB

0

Ötən gün Gürcüstanın Marneuli rayonunda 10 yaşlı Eldar Hüseynovun ölümü ilə nəticələnmiş yol qəzası ilə bağlı 19 yaşlı şəxs saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

Faktla bağlı yol hərəkəti qaydalarının və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.

Qeyd edək ki, yol qəzası ötən gün axşam saatlarında Marneuli-Bolnisi avtomobil yolunda baş verib. Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək yolu keçən Eldar Hüseynovu vurub.

Eldar Hüseynov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

***

saat 02:03

Aprelin 28-də Marneuli–Bolnisi magistralının Kolayır kəndi ərazisində yol kənarında velosipedlə oynadığı bildirilən 10 yaşlı Eldar Hüseynovu yüksək sürətlə hərəkət edən avtomobil vurub. 

Gürcüstanda fəaliyyət göstərən aktual.ge saytı yazıb ki, hadisə nəticəsində yaralanan uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Saytın yazdığına görə, uşağın cəsədinin valideynlərinə bildirilmədən ekspertizaya aparılması  qohumlarının etirazına səbəb olub.

Sakinlər yolu bağlamağa cəhd etsələr də, yerli polisin müdaxiləsi ilə nəqliyyatın hərəkəti bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1126

Oxşar yazılar