Goranboyda gənc oğlanın  meyiti tapıldı
29 aprel 2026 08:52 (UTC +04:00)

Goranboyda gənc oğlanın meyiti tapıldı

0

Goranboy rayonunda gənc oğlanın meyiti aşkarlanıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Kənd sakini, 2004-cü il təvəllüdlü T.Məmmədovun meyiti yaşadığı evin həyətində yaxınları tərəfindən tapılıb.

İlkin məlumata əsasən, ölümün səbəbi hələlik məlum deyil.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar