Qaxda canavarlar kəndə hücum edib.
Lent.az xəbər verir ki, hadisə Meşəbaş kəndində qeydə alınıb.
Elşən Omarov otlaq ərazidə qardaşı Rövşənə məxsus qoyunları otararkən canavarlar sürüyə hücum edib.
Nəticədə canavarlar 5 qoyunu parçalayıb.
Zərərçəkənin sözlərinə görə, hadisə ilə bağlı baytarlıq xidmətinə məlumat verilib.
Vüqar Heydərov