Bakıda gənc oğlan və yeniyetmə qız hamamda qazdan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, R.Bağırov küçəsində qeydə alınıb.
Ağdaş rayon sakini 19 yaşlı Y. A. və Yevlax rayon sakini 14 yaşlı T. B. kirayədə yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Nəticədə Y.A. ölüb, T.B. isə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Araşdırma aparılır.