Xalq artisti Arif Babayevin I Fəxri xiyabanda – məzarı üzərində qəbirüstü abidəsi ucaldılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, abidənin müəllifi Cavanşir Dadaşov və Nəriman Tağıyevdir.
Abidə sənətkarın əlində qaval aləti olan təsviri əsasında hazırlanıb.
Qeyd edək ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən ilin avqustun 1-i vəfat edib.