Amerikalı müğənni Britni Spirs gözlənilmədən bütün musiqi kataloquna olan hüquqlarını satıb.
Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.
Bildirilir ki, sənətçi müstəqil musiqi leybli Primary Wave ilə müqaviləni ötən il dekabrın 30-da bağlayıb. Spirs mahnılarının hüquqlarını təxminən 200 milyon dollara satıb. Britni Spirsin nümayəndələri və “Primary Wave” şirkəti məsələ ilə bağlı şərh verməkdən imtina edib və razılaşmanın detalları açıqlanmayıb.
Qeyd edək ki, Britni Spirs musiqi karyerasına 1999-cu ildə başlayıb. Fəaliyyəti ərzində o, doqquz studiya albomu təqdim edib və 150 milyondan çox disk satışı ilə böyük uğur qazanıb. 2024-cü ildə müğənni musiqi sənayesinə qayıtmayacağını açıqlayıb. Onun son mahnısı 2022-ci ildə britaniyalı musiqiçi Elton Con ilə duet şəklində ifa etdiyi “Hold Me Closer” olub.