Bred Pitt məşhur kaskadyor Klif But rolunu canlandırdığı "Bir zamanlar Hollivudda" spin-offunun ilk treyleri yayımlanıb. Lakin sosial media istifadəçiləri yeni filmin süjetini deyil, Pittin görünüşünü müzakirə edirlər.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, kadrlarda aktyor 1970-ci illərin üslubunda bığ və sarışın pariklə görünür.

"Biz Bred Pitti çox sevirik,... bu cür yox", - onlar şərh edirlər.
Pərəstişkarları aktyorun parikindən xüsusilə narazıdırlar. Pitt ötən il çəkilişlər zamanı qısa saç düzümü ilə seçilirdi, ona görə də "Bir zamanlar Hollivudda" filmi üçün saç uzatmalarından istifadə etməli olub.

"O, heç vaxt parik taxmamalıdır. Heç vaxt. Bu necə baş verdi?" - bir fanat qəzəblənib.
Digəri isə zarafatla deyib: "Ancelina Coli yəqin ki, göz yaşlarına boğulur".