Ağstafada 3 mərtəbəli evdəki   yanğın söndürüldü - YENİLƏNİB
15 fevral 2026 22:17 (UTC +04:00)

Ağstafada 3 mərtəbəli evdəki yanğın söndürüldü - YENİLƏNİB

0

 

Ağstafada 3 mərtəbəli evdə baş vermiş yanğın söndürülüb.

Lent.az xəbər verir ki, rayonun Köçüəsgər kənd sakini 49 yaşlı M. Xanəhmədova məxsus 900 m²-ə yaxın 3 mərtəbəli evin 290 m²-i yanıb.

Evin qalan hissəsi yağınsöndürənlər tərəfindən mühafizə edilib. Yanğının söndürülməsinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğın söndürən avtomobili və 40-a yaxın canlı qüvvəsi cəlb edilib.

Qeyd edək ki, yanğın baş verən evdə yaşayış olmayıb. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır

***

21:04

Ağstafa yanğın hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakininə məxsus 3 mərtəbəli evdə anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 522

Oxşar yazılar