Uşaqlara sosial media qadağan olunur - Baş nazir parlamentdən səlahiyyət istədi
16 fevral 2026 04:39 (UTC +04:00)

Uşaqlara sosial media qadağan olunur - Baş nazir parlamentdən səlahiyyət istədi

0

Böyük Britaniyanın baş naziri Kir Starmer uşaqlar və yeniyetmələr tərəfindən sosial media istifadəsini məhdudlaşdırmaq üçün Britaniya parlamentindən əlavə səlahiyyətlər alacaq.

Lent.az xəbər verir ki, bu barədə baş nazirin ofisindən verilən açıqlamada deyilir.

"Biz parlamentdən yeni səlahiyyətlər istəyəcəyik. Bunlara aşağıdakılar daxil ola bilər: sosial media istifadə üçün minimum yaş həddini təyin etmək, uşaqlar üçün VPN girişinin məhdudlaşdırılması", - baş nazirin açıqlamasında deyilir.

Starmer sosial medianın uşaqların diqqət müddətinə, özünəinamına və zehni sağlamlığına zərər verdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar