Bibiheybət yolunda sürüşmə TƏHLÜKƏSİ:  hərəkət məhdudlaşdırıldı
06 aprel 2026 12:31 (UTC +04:00)

Bibiheybət yolunda sürüşmə TƏHLÜKƏSİ: hərəkət məhdudlaşdırıldı

0

Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.

Lent.az xəbər verir ki, bu barədə AAYDA, FHN və DİN mətbuat xidmətləri birgə məlumat yayıblar.

Məlumatda qeyd olunub ki, yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.

Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar