Uşaqlar və xəstələr subasma zonasından çıxarılır
04 may 2010 20:00 (UTC +04:00)

Uşaqlar və xəstələr subasma zonasından çıxarılır

0
Zərdab rayonu ərazisindən keçən Kür, Qarasu və Türyançayda suyun səviyyəsi bu gecə yenə artıb

Bu dəqiqələrdə Zərdab Rayon İcra Hakimiyyətində subasmaya məruz qalmış ərazilərə nəzarətin gücləndirilməsi ilə bağlı xüsusi iclas keçirilir. İclasda subasmadan zərər çəkmiş kəndlərə mümkün köməkliklərin göstərilməsi üçün müzakirələr aparılır.

Rayon İcra hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov Lent.az-a bildirib ki, bu gecə rayonda vəziyyət bir qədər də pisləşib. Belə ki, rayon ərazisindən keçən Kür, Qarasu və Türyançayda suyun səviyyəsi bir qədər də artıb. Onun sözlərinə görə, hazırda Zərdab rayonu hər an subasma təhlükəsi altındadır.

İcra başçının müavini deyib ki, subasma zonasından çadırlara köçürülmüş 21 ailənin zəruri yardımlarla təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin ailələrdə və subasmaya təhlükəsi olan digər evlərdə olan uşaqlar və xəstələr müvəqqəti olaraq, qohumlarının evlərinə köçürülür.

Xatırladaq ki, yaranmış vəziyyətlə əlaqədar rayonda fəaliyyət göstərən bütün məktəblər dünəndən bağlanıb. Bu gündən isə Təhsil Nazirliyinin göstərişi əsasında uşaq bağçaları da fəaliyyətini dayandırıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 510

Oxşar yazılar