Dövlət Baytarlıq Xidmətinin rəisi işdən azad olunub
23 aprel 2010 11:00 (UTC +04:00)

Dövlət Baytarlıq Xidmətinin rəisi işdən azad olunub

0
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov vəzifəsindən azad edilib. Bu barədə qərar dünən adıçəkilən qurumun kollegiya iclasında çıxarılıb.

Dövlət Baytarlıq Xidmətindən Lent.az-a məlumatı təsdiqləyiblər. Xidmətdən bildiriblər ki, İsmayıl Həsənovun vəzifəsini müvəqqəti icra etmək onun müavini Emin Şahbazova həvalə olunub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 678

Oxşar yazılar