Təhsil naziri deputatlardan və alimlərdən gileyləndi
0
0
“Misir Mərdanov: Hətta kənd təsərrüfatı mütəxəssisləri də təhsilin vəziyyətindən danışır, təhsildəki problemlərdən danışır, deputatlarımız, alimlərimiz isə bu haqda heç nə demir”.
“Bəzi adamlar, hətta hökumət nümayəndələri də ictimaiyyətdə belə rəy formalaşdırırlar ki, ali təhsildə heç bir iş getmir, ölkədə təhsilin səviyyəsi çox aşağıdır, gənclər savadsızdır. Deyirlər ki, Azərbaycan gəncləri savadsızdırlar, bu gənclərlə ölkəni irəli aparmaq olmaz. Amma bunların hamısı əsassızdır. Mən bunu özümə qarşı atılmış güllə hesab edirəm”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov doktorantların və gənc tədqiqatçıların XIV Respublika Elmi Konfransda fərqlənmiş tədqiqatçıların mükafatlandırılması mərasimindəki çıxışında belə deyib. O, qeyd edib ki, müxtəlif dairələrdə, hətta Milli Məclisdə təhsilin səviyyəsinin aşağı olması barədə əsassız və bəzi hallarda qərəzli fikirlər söylənilir. Hətta kənd təsərrüfatı mütəxəssisləri də təhsildəki problemlərdən danışır, bu problemlərin həlli barədə mülahizələrini ictimaiyyətə çatdırır.
“Çox təəssüf ki, heç bir deputatımız, yaxud da alimimiz təhsil haqqında heç nə demir. Halbuki hər il yerli və beynəlxalq elmi konfranslarda, müsabiqələrdə yer tutan gənclərimizin sayı artır. Bunu görə-görə ali təhsildə heç bir iş görülmədiyini söyləmək məqsədli qərəzdən başqa bir şey deyil ” – deyə, Misir Mərdanov əlavə edib.
Təhsil naziri Amerika Dövlət Departamentinin Azərbaycanda tələbələrin çoxunun narkoman olması barədə bəyanatına da millət vəkillərinin, ölkə ictimaiyyətinin soyuq münasibətindən narazılığını ifadə edib: “Tələbələrimizi narkoman adlandırırlar. Hansı ki, bizim tələbələrin yarıdan çoxu qızlardır. Belə çıxır ki, qızlarımız narkomandır. Amma buna bircə nəfər dilləndimi? Dillənənləri də susdurdular. Lakin biz Amerika Dövlət Departamentinin hesabatına etiraz edən kimi onlar öz sözlərini geri götürdülər”.
Elxan SALAHOV