Bakıya qar yağır
18 mart 2010 16:30 (UTC +04:00)

Bakıya qar yağır

0
Bu gün saat 17.10 radələrindən başlayaraq Bakıya qar yağmağa başlayıb. Lent.az-ın məlumatına görə, küləklə müşayiət olunan qar yerdə qalmadan əriyir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, martın 19-da havanın buludlu olacağı, gecə və səhər yağış yağacağı, gündüz havanın açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 20-də havanın buludlu olacağı, arabir açılacağı, yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 18-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam ayrı-ayrı rayonlarda havanın yağıntılı olacağı gözlənilir. Arabir intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı rayonlarda güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Martın 19-20-də bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı rayonlarda intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 682

Oxşar yazılar