Lənkəranda əhali “donuz qripi”nə qarşı peyvənd olunur
04 fevral 2010 16:45 (UTC +04:00)

Lənkəranda əhali “donuz qripi”nə qarşı peyvənd olunur

0
Fevralın 3-dən başlayaraq, Lənkəran rayonunda əhalinin “donuz qripi” kimi tanınan A/H1N1 virusuna qarşı peyvənd kampaniyasına başlanıb.

Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına 2 min 500 dozada vaksin verilib. Bu barədə Lənkəran RMX-nın bah həkimi İlyas Səmədov məlumat verib.

İlkin mərhələdə A/H1N1 virusuna qarşı rayonda çalışan 2 min nəfərə yaxın həkim və tibb işçiləri peyvənd olunacaqlar.

Pərvanə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 640

Oxşar yazılar