Məcburi köçkünlər yataqxanalardan çıxarılır
03 fevral 2010 14:30 (UTC +04:00)

Məcburi köçkünlər yataqxanalardan çıxarılır

0
Misir Mərdanov: “Onların hamısını birdən köçürmək mümkün deyil”

“Məcburi köçkünlərin ali məktəblərin yataqxanalarından köçürülməsi ilə bağlı bizə hələ heç bir sorğu daxil olmayıb. Amma təhsil müəssisələrində və onların yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsinə bu il başlanacaq. Ölkə başçısı bu məsələ barədə Nazirlər Kabinetinin son iclasında müvafiq tapşırıqlar verib”.

Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Baş nazirin müavini Əli Həsənovun ali təhsil müəssisələrinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürüləcəyi barədə açıqlamasına münasibət bildirən nazir deyib ki, yataqxanalarda məskunlaşan məcburi köçkünlərin hamısını birdən köçürmək mümkün olmayacaq və bu, mərhələli şəkildə həyata keçirilməlidir.

Nazir deyib ki, bu il məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə 1 və ya 2 ali məktəbin yataqxanasından başlanacaq. Ancaq bu yataqxanaların hansı olacağı hələ müəyyənləşməyib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 648

Oxşar yazılar