Ankaradakı terror qurbanları Bakıda anıldı
19 fevral 2016 13:50 (UTC +04:00)

Ankaradakı terror qurbanları Bakıda anıldı

0

Bu gün Bakıda bir qrup gənc Türkiyədə baş verən terror hadisəsində həlak olanları anıb. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, gənclər Türkiyənin Azərbaycandakı səfirliyinin önünə qərənfil düzüblər, şam yandırıblar.

 

Qeyd edək ki, Ankarada hərbçilərin yaşadığı ərazidə, Türkiyə Böyük Millət Məclisinin yaxınlığında törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfərsə xəsarət alıb. Ölkənin prezidenti və baş naziri terror aktını PYD-YPG qruplaşmasının törətdiyini bəyan ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar