Noyer tarixin ən yaxşı qapıçılarını  AÇIQLADI: seçimi hər kəsi təəccübləndirdi
15 aprel 2026 18:54 (UTC +04:00)

Noyer tarixin ən yaxşı qapıçılarını AÇIQLADI: seçimi hər kəsi təəccübləndirdi

0

“Bavariya”nın qapıçısı Manuel Noyer futbol tarixinin ən yaxşı beş qapıçısının adını çəkib:

"Bunu demək çətindir, bu, danışdığımız dövrdən asılıdır. Son bir neçə onilliyi götürsək, ən azı on qapıçı var", - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Noyer bildirib.

"Şmeyhel, Oliver Kan, Kasilyas, Buffon və hətta Kurtua - onların arasında, şübhəsiz ki, çox, çox yaxşı qapıçılar olub. Ən yaxşısının kim olduğunu demək çətindir".

40 yaşlı alman, bir çox mütəxəssis tərəfindən tarixin ən güclü qapıçısı hesab edilməsinə baxmayaraq, özünün adını çəkməməsi ilə hər kəsi təəccübləndirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar