Ətdən sonra meyvə  - niyə bu kombinasiya köp və şişkinlik yaradır?
15 aprel 2026 15:23 (UTC +04:00)

Ətdən sonra meyvə - niyə bu kombinasiya köp və şişkinlik yaradır?

0

Bir çox insan düşünür ki, meyvə hər zaman yüngül və faydalı qidadır. Lakin onu ət yeməyindən dərhal sonra qəbul etdikdə, orqanizm buna köp, ağırlıq və narahatlıq hissi ilə cavab verə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, problem meyvələrin özündə deyil, onların nə vaxt yeyilməsindədir. Bu yanaşma həzm sisteminin fiziologiyasına əsaslanır. Meyvələr çox tez həzm olunur bəzən cəmi 20-30 dəqiqəyə. Ət isə daha ağır qida olduğu üçün bir neçə saat ərzində həzm edilir.

Meyvələr ətin üzərinə qəbul edildikdə, mədədə “gözləməyə” məcbur qalır. Bu zaman fermentasiya (qıcqırma) prosesi başlayır və nəticədə qaz əmələ gəlir. Bu isə köp və diskomfort yaradır.

Mütəxəssislər qeyd edir ki, meyvələrdə olan turşular mədənin selikli qişasını qıcıqlandıra bilər və bu da ağırlıq hissini daha da artırır. Bundan əlavə, meyvələr yüksək miqdarda şəkər ehtiva edir. Ətin yavaş həzm olunması ilə birlikdə bu, insulin səviyyəsinin kəskin artmasına səbəb ola bilər. Endokrinoloqlar bildirir ki, belə dalğalanmalar bədəndə maye tutulmasına səbəb olur.

Nəticədə bir neçə saat sonra şişkinlik (ödem) yarana bilər. Bəzi insanlar bu cür qidalanmadan sonra yuxululuq hiss etdiklərini də qeyd edirlər. Bu isə həzm sisteminin həddindən artıq yüklənməsi ilə bağlıdır. Dietoloqlar meyvələri ayrıca yeməyi tövsiyə edir. Bu halda onlar daha tez mənimsənilir və narahatlıq yaratmır. Xüsusilə axşam saatlarında bu qaydaya riayət etmək vacibdir, çünki gecə maddələr mübadiləsi zəifləyir. Bəzi meyvələr məsələn, üzüm və banan qıcqırma prosesini daha çox sürətləndirir. Onları zülallı qidalarla birlikdə yemək köpü daha da artırır. Əgər ət yeməyindən sonra şirin bir şey istəyirsinizsə, mütəxəssislər giləmeyvələri seçməyi məsləhət görür. Onlar daha yüngüldür və kəskin reaksiyalar yaratmır.

Problem daha da ağırlaşa bilər, əgər insan yeməyi tez yeyirsə. Yeməyi yaxşı çeynəməmək həzm sisteminə əlavə yük yaradır. Həkimlər vurğulayır ki, həzm prosesi ardıcıl bir mexanizmdir. Bu ardıcıllıq pozulduqda, orqanizm bunu dərhal hiss etdirir.

Meyvələri yeməkdən təxminən 1 saat əvvəl və ya yeməkdən 2 saat sonra qəbul etmək daha düzgün hesab olunur. Bu zaman orqanizm onları problemsiz həzm edə bilir. Məhz buna görə dietoloqlar bu qidaların birlikdə istifadəsi barədə xəbərdarlıq edirlər. Bu, sadəcə mif deyil, elmi əsaslara söykənən bir reallıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 616

Oxşar yazılar