Bakıda maşınlardan oğurluq  edən tutuldu
16 aprel 2026 18:00 (UTC +04:00)

Bakıda maşınlardan oğurluq edən tutuldu

0

Bakının Nərimanov rayonunda 4 avtomobil qarət olunub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, cinayəti törədən şəxs avtomobillərdən pul və mobil telefonları oğurlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Kərimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun analoji cinayəti Nəsimi rayonu, H.Seyidzadə küçəsində də törətdiyi məlum olub. Həmin ünvanda Q.Kərimovun “KIA” markalı avtomobildən oğurladığı mobil telefonu satdığı, əldə etdiyi pulu isə xərclədiyi müəyyən edilib.

Faktlar üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar