Bugünkü vəziyyət sakit olub, amma tezliklə hər şey dəyişəcək.
Lent.az-ın xəbərinə görə, sabah günün sonuna qədər vəziyyət dəyişəcək. Bu, Britaniya Geoloji Xidmətinin xəbərdarlığıdır.
Alimlərin fikrincə, günəş küləyinin sürəti hazırda fon səviyyəsindədir. Geomaqnit aktivliyinin aprelin 16-sı və 17-də günü əksər hissəsində aşağı qalacağı gözlənilir.
Proqnozlara görə, Günəş tacı dəliyi cümə gününün sonuna qədər planetimizə təsir göstərməyə başlayacaq.
Bu təsir tədricən güclənəcək və aprelin 18-də G1 maqnit qasırğası (ən azı 5 bal gücündə) başlayacaq.