Kafedə sevgilisini öldürmək istəyirdi - HÖKM OXUNDU
16 aprel 2026 12:39 (UTC +04:00)

Kafedə sevgilisini öldürmək istəyirdi - HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində münasibətdə olduğu qadını öldürməyə cəhddə ittiham olunan Rəhim Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Rəhim Məhərrəmovun 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı da təqsirləndirilən Rəhim Məhərrəmovun həmin müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, 2025-ci il avqustun 28-də saat 23 radələrində Xəzər rayonu Zirə qəsəbəsi, Yeni Sahədə yerləşən "Çinar" kafesində ofisiant işləyən Bağırova Rüxsanə Fəxrəddin qızı ilə Rəhim Məhərrəmov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. 

Mübahisə zamanı Rəhim Məhərrəmov sevgilisinin təhqirlərindən və əl zərbələrindən hiddətlənərək qisas niyyətilə onu öldürmək qərarına gəlib. 

İttihama görə, Məhərrəmov üzərində gəzdirdiyi bıçaqla Rüxsanə Bağırovaya qəflətən hücum edib, ardıcıl olaraq bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirib. 

Təqsirləndirilən şəxs Bağırovaya ümumilikdə 6 bıçaq zərbəsi vurub. O, əməlini davam etdirərkən, həmin vaxt kafeyə daxil olan öz anası Yeganə Məhərrəmova ilə kafenin işçisi Rəna Səlimova dərhal hərəkətə keçərək ona mane olub.

Nəticədə R. Bağırova vaxtında xəstəxanaya çatdırılaraq  \xilas edilib.

Faktla bağlı cinayət işi başlanılıb və Rəhim Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar