Kraliça Şarlottanın 6 qızının sağ qalan övladı  olmayıb: Şahzadələrin kədərli taleyi
16 aprel 2026 16:34 (UTC +04:00)

Kraliça Şarlottanın 6 qızının sağ qalan övladı olmayıb: Şahzadələrin kədərli taleyi

0

Böyük Britaniya kralı Corc III və həyat yoldaşı kraliça Şarlottanın 15 övladı olub - doqquz oğlu və altı qızı. Lakin onların yalnız üç qızı evlənə bilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tarixçilər kral və kraliçanın dövrünə görə uşaqları ilə daha yaxından maraqlanan valideynlər olduğunu bildirir. Amma bu, eyni zamanda o demək idi ki, onlar qızlarının həyatının demək olar hər sahəsinə ciddi nəzarət ediblər.

Kral qızlarına çox bağlı olub və onların evlənərək ailədən ayrılmasını istəməyib. O, hətta belə deyib:

“Mən heç vaxt onların kimləsə evlənməsini arzulamamışam. Onların yanında olmaqdan xoşbəxtəm və ayrılıq istəmirəm”.

Evlilik mövzusu qadağaya çevrilib

Şahzadələrin evliliyi mövzusu sarayda demək olar ki, tabu idi. Bu vəziyyət psixi xəstəlikdən əziyyət çəkən Corc III-ün vəziyyəti pisləşdikcə daha da mürəkkəbləşib.

Kraliça Şarlotta ərinin vəziyyətinin ağırlaşmaması üçün mövcud vəziyyəti qorumağa çalışıb və buna görə qızların evliliyi ilə bağlı söhbətlərə icazə verməyib.

Eyni zamanda o, subay qızlarına daha çox bağlı olub və onları emosional dəstək kimi görüb. Nəticədə şahzadələr birlikdə yaşayıb, qapalı həyat tərzi keçiriblər. Onlar bunu hətta “monastır həyatı” adlandırıblar və Frogmore House və Vindzor qəsrinda yaşayıblar.

Şahzadələrin taleyi

• Şahzadə Şarlotta 1797-ci ildə, 31 yaşında ərə gedib, lakin yalnız ölü doğulan bir qızı olub 

• Şahzadə Avqusta heç vaxt ərə getməyib

• Şahzadə Elizabet 48 yaşında ərə gedib və övladı olmayıb 

• Şahzadə Mariya 40 yaşında ərə gedib, lakin övladı olmayıb 

• Şahzadə Sofiya ərə getməyib 

• Şahzadə Ameliya 27 yaşında vəfat edib, ərə getməyib və övladı olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar