"Çelsi"nin yeni transfer hədəfi  bəlli oldu
16 aprel 2026 22:16 (UTC +04:00)

"Çelsi"nin yeni transfer hədəfi bəlli oldu

0

London nəhəngi "Çelsi" qarşıdan gələn yay transfer pəncərəsi üçün fəaliyyət planını və əsas prioritetlərindən birini artıq müəyyənləşdirib.

Lent.az xəbər verir ki, klubun diqqət mərkəzində "Kristal Pelas"ın gənc yarımmüdafiəçisi Adam Uorton dayanır.

London təmsilçisi hesab edir ki, o, komandanın mərkəz yarımmüdafiəsində aparıcı simaya çevrilə bilər. 21 yaşlı istedada olan bu ciddi maraq həm də "Real Madrid"in öz heyətinə qatmağı planlaşdırdığı Enzo Fernandesin komandanı tərk etmə ehtimalı ilə sıx bağlıdır.

Bundan əlavə, orta xətti gücləndirmək məqsədilə "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson da ehtiyat namizəd kimi nəzərdən keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar