Dünyanın ən yaxşı 20 baş məşqçisi  - SİYAHI
15 aprel 2026 12:11 (UTC +04:00)

Dünyanın ən yaxşı 20 baş məşqçisi - SİYAHI

0

Luis Enrike “GiveMeSport”un dünyanın ən yaxşı 20 futbol məşqçisi siyahısına başçılıq edir. 

Lent.az-ın xəbərinə görə, Qvardiola və Flik də yüksək yerlərdədirlər. 

Tərtib olunmuş siyahıda dünyanın ən yaxşı məşqçisi kimi PSJ-nin baş məşqçisi Luis Enrike birinci, Pep Qvardiola və Hansi Flik isə ikinci, üçüncü yerdədir. 

Siyahıda həmçinin Karlo Ançelotti, Dieqo Simeone, Mikel Arteta, Antonio Konte və Tomas Tuxel kimi tanınmış futbol baş məşqçiləri də yer alıb.

Xabi Alonso və Arne Slot kimi yüksələn məşqçilərin də siyahıya daxil olması diqqətəlayiqdir. Bundan əlavə, reytinqə milli komanda məşqçilərinin də daxil edilməsi əhəmiyyətlidir.

20 baş məşqçinin siyahısı:

20. Eddi Hau (“Nyukasl”)

19. Marko Silva (“Fulhem”)

18. David Moyes (“Everton”)

17. Julian Naqelsmann (Almaniya millisi)

16. Luis de la Fuente (İspaniya millisi)

15. Vinsent Kompani (“Bavariya”)

14. Didye Deşam (Fransa millisi)

13. Lionel Skaloni (Argentina millisi)

12. Unai Emeri (“Aston Villa”)

11. Simone İnzaqi (“Əl-Hilal”)

10. Arne Slot (“Liverpul”)

9. Xabi Alonso (Komandası yoxdur)

8. Karlo Ançelotti (Braziliya millisi)

7. Dieqo Simeone (“Atletiko” Madrid)

6. Tomas Tuxel (İngiltərə millisi)

5. Antonio Konte (“Napoli”)

4. Mikel Arteta (“Arsenal”)

3. Hansi Flik (“Barselona”)

2. Pep Qvardiola (“Mançester Siti”)

1. Luis Enrike (PSJ)
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar