İsrail Livanın cənubunda keçirilən əməliyyat zamanı üç “Hizbullah” üzvünün əsir götürüldüyünü bildirib.
Lent.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Hadisənin Bint-Cubeyl bölgəsində baş verdiyi qeyd olunur.
Məlumata görə, döyüşdən sonra üç nəfər silahı yerə qoyaraq İsrail hərbçilərinə təslim olub.
Onlardan birinin “Radvan” xüsusi təyinatlı qüvvələrinin üzvü olduğu qeyd edilir.