Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştiano Ronaldo 2030-cu il Dünya çempionatında mümkün iştirakı barədə danışıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Ronaldo deyib: "2030-cu il Dünya çempionatında oynamaq imkanından tamamilə imtina edə bilmərəm. 41 yaşımda hər həftə qol vururam, ona görə də bəlkə daha dörd il oynaya bilərəm".
2026-cı il Dünya çempionatının qrup mərhələsində Portuqaliya Kolumbiya, Konqo Demokratik Respublikası və Özbəkistanla qarşılaşacaq.