Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.
Lent.az xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Azərbaycan fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.
Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 1972-ci il noyabrın 3-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.
Yusif Mahmud oğlu Nəbiyev 1982-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.